First slide

Bu ölkədə 20-dən çox aviauçuş LƏĞV EDİLDİ

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın paytaxtı Moskvada yerləşən hava limanlarında 20-dən çox uçuş təxirə salınıb.

Press.az xəbər verir ki, bu barədə "Regnum" məlumat yayıb .

Jurnalistlər Moskva hava terminallarının onlayn tablosuna və "Яндекс.Расписание" xidmətinə istinad edirlər.

Saat 16:00-a olan məlumata görə, Domodedovo hava limanında üç reys gecikib, ikisi ləğv edilib. "Vnukovo"da isə yeddi uçuş dayandırılıb, dördü ləğv edilib. Şeremetyevo hava limanında da dörd uçuş dayandırılıb və daha ikisi ləğv edilib.

Uçuşların pozulmasının səbəbləri açıqlanmır. Jurnalistlər Rusiya paytaxtında böyük antisiklonun təsirinin davam etdiyini irəli sürüblər.

Daha əvvəl "Fobos" hava Mərkəzinin aparıcı əməkdaşı Mixail Leus Moskvada keçən gecənin payızın başlanğıcından etibarən ən soyuq gecə olduğunu bildirib. Onun sözlərinə görə, pik saatlarda termometr sütunu mənfi 1,1 dərəcə göstərib.

Oxşar xəbərlər
OTACI
OTACI