Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Futbolçularıma dedim ki..." - De Byazi

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Oyuna fərqli formada hazırlaşmışdıq. Erkən qol buraxmağımız planlarımızı pozdu, komandanı əsəbiləşdirdi. Bundan sonra gərəksiz geri ötürmələr etdik".

Press.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlk hissənin statistikasına baxsaq, üstünlük bizim tərəfimizdə idi. Fasilədən sonra da yaxşı qol imkanlarımız oldu. Təbii ki, əvəzetmələrdən sonra balans pozudu. Nəticədə 3-cü qolu buraxdıq. Bəxtsizlik amili də var. Bəzi zədəlilərimizin olduğunu nəzərə alsaq, yaxşı oynadıq. Rəqibə çətinlik yaşatdıq. Hesabı bilməyən adam bizim qalib gəldiyimizi düşünərdi. 90 dəqiqə yaxşı oyun göstərməyimizdən razı qaldım. Sadəcə, nəticə ədalətsiz oldu. Yaxşı qol imkanları yaxalasaq da, alınmadı. Futbolçularıma dedim ki, başınızı dik tutun. Təbii ki, bütün məsuliyyət mənimdir. Qrupda sonuncu olduğumuz üçün mən günahkaram" - deyə o bildirib.

De Byazi deyib ki, səbrli olmaq lazımdır: "Bu cür işləri birdən-birə görmək olmaz. Proses yavaş-yavaş gedir. Gənc futbolçularımız inkiaşf etməlidir. Albaniya milli komandası ilə başlayanda da vəziyyət belə idi. Sadəcə, orada futbolçuların çoxu ölkə xaricində çıxış edirdi. Millidə nəticələr yaxşılaşdıqca, oyunçular daha yaxşı klublara keçdilər. Addım-addım irəliləməliyik. Bir neçə futbolçumuzun ölkə xaricinə getməsi bizə xeyirdir. Çempionatda 8 komanda var, onların isə yarısı legionerdir. Uduzmağa nifrət edirəm. Serbiyada bizi ağır matçın gözlədiyini bilirik. Amma oraya yaxşı nəticə üçün gedəcəyik".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI