Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Batumidə axtarış-xilasetmə işləri başa çatıb

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Batumi şəhərində dağılan binanın yerində axtarış-xilasetmə işlərini başa çatdırıb.

Press.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.

"Batumidə axtarış-xilasetmə tədbirləri başa çatıb, ərazidə polis əməkdaşları qalır və təhqiqat tədbirləri davam edir", - xəbərdə deyilir.

Qeyd edək ki, Batuminin 26 may küçəsində bina cümə günü səhər çöküb. Gürcüstanın 400 xilasedicisi fasiləsiz rejimdə dağıntılar altında qalanların xilas edilməsi ilə məşğul olurlar. Hadisə zamanı 9 nəfər ölüb, bir neçə nəfər dağıntılar altından sağ çıxarılıb. 

Oxşar xəbərlər
OTACI