Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əfqanıstanda terror aktında ölənlərin sayı 150 nəfərə, yaralıların sayı 200-ə çatıb

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əfqanıstanın şimalındakı Qunduz əyalətinin Seyid Abad məcidində törədilən terror aktında həlak olanların sayı 150 nəfərə çatıb.

Press.az xəbər verir ki, bu barədə yerli "Etelaat-e ruz" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı azı 200 nəfər xəsarət alıb. Həlak olanlar və yaralananlar arasında uşaqlar və yeniyetmələr də var.

Xatırladaq ki, hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İlkin məlumata görə, kamikadze məscidin daxilində partlayıcı qurğunu işə salıb.

Partlayışa görə məsuliyyəti İŞİD silahlı qruplaşması öz üzərinə götürüb.

Oxşar xəbərlər
OTACI