First slide

Paşinyan və Qaribaşvili İrəvanda görüşüb

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib.

Press.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

İ. Qaribaşvili Ermənistana işgüzar səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər "Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü" ilə bağlı müzakirə aparıblar.

Qeyd olunub ki, Cənubi Qafqaz ölkələri ilə yanaşı beynəlxalq tərəfdaşların da iştirak edəcəyi yeni sülh formatı yaxşı qonşuluq perspektivləri ilə bağlı müzakirələri asanlaşdıracaq.

İ. Qaribaşvili Gürcüstanın bölgədə sülh, sabitlik, həmçinin regionun tədricən yeni imkanlar, inkişaf və sülh regionuna çevrilməsini təmin etmək məqsədi ilə aktiv vasitəçilik rolunu davam etdirməyə hazır olduğunu bir daha vurğulayıb.

Oxşar xəbərlər
OTACI
OTACI