Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DTX tərəfindən həbs edilən sabiq icra başçısının vəziyyəti ağırdır

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”. 

Press.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində heç bir dəyişiklik yoxdur. 

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Oxşar xəbərlər
OTACI