First slide

“Azəriqaz” rəsmiləri Xəzər rayonunda vətəndaşların şikayət və təkliflərini dinləyəcək

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

İstehsalat Birliyindən Press.az-a verilən məlumata görə, bu dəfə “Səyyar qəbul otağ”ı Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində (Mərasim evinin yanı) təşkil olunacaq.

Oktyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Oxşar xəbərlər
OTACI
OTACI