Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə Rusiya paspotu ilə 6 casus saxlanıldı

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə casusluqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

Press.az xəbər verir ki, CNN Türk hüquq -mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, xüsusi əməliyyat İstanbul və Antalyada keçirilib.

Şübhəlilərin xaricilərə hücum planlaşdırdıqları və məxfi məlumatlar əldə etməyə çalışdıqları iddia edilir. Onlar Türkiyəyə daxil olduqdan dərhal sonra nəzarət altında olublar. Məlumata görə, axtarış zamanı silahlar, müəyyən sənədlər və Rusiya pasportları tapılıb. Pasportların həqiqi və ya saxta olub-olmadığı hələ məlum deyil.

Türkiyənin hüquq-mühafizə orqanları bu məlumatın rəsmi təsdiqləməyib.

Oxşar xəbərlər
OTACI