Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovun harada dəfn olunacağı məlum olub.

Press.Az-ın məlumatına görə, Xalq artisti “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumun yaxınları tərəfindən bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. 

A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.

Oxşar xəbərlər
OTACI