Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Batumi faciəsinə görə Gürcüstanda matəm elan edildi

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Batumi faciəsi ilə əlaqədar olaraq Gürcüstanda 11 oktyabr matəm günü elan edilib.

Bu barədə respublikanın Baş naziri İrakli Qaribaşvili bəyan edib.

“Mən qurbanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla birlikdə bütün Gürcüstan bu dəhşətli faciəyə görə kədərlidir. Qərarıma əsasən 11 oktyabr qurbanların xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan ediləcək”.

Onun sözlərinə görə, dövlət bütün zərərçəkənlərə yardım göstərəcək, cinayətkarlar isə qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaqlar.

Xatırladaq ki, oktyabrın 8-də Batuminin mərkəzində yeddimərtəbəli yaşayış binasının bir hissəsi uçub. İndiyə qədər biri azyaşlı olmaqla altı nəfərin öldüyü bildirilib. Xilas edilənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalanların axtarışı davam edir.

Faciə ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər həbs olunub. Onlardan biri binada təmir işi aparılan mənzilin sahibi, digər iki nəfər isə fəhlədir.

Oxşar xəbərlər
OTACI