First slide

Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Press.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib.

2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib.

Oxşar xəbərlər
OTACI
OTACI