Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Hadrutun işğaldan azad olunduğu gündür

09 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Press.az xəbər verir ki, ölkə başçısı, müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev bu münasibətlə ötən il “Twitter” hesabı vasitəsilə 9 yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirən məlumat paylaşıb.

Belə ki, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Tərtərin Çaylı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndləri işğaldan azad edilib. Həmçinin rəşadətli ordumuz uğurla irəliləyərək ilk dəfə Xocavənd rayonundan iki yaşayış məntəqəsini işğaldan azad edə bilib. Belə ki, ermənilər üçün əhəmiyyətli olan Hadrut qəsəbəsi və Sor kəndi işğalçılardan təmizlənib.

Oxşar xəbərlər
OTACI