Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanda növbəti aksiyanın anonsu verildi

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə oktyabrın 10-da yerli vaxtla saat 17:00-da Tbilisidə Rustaveli prospektində aksiya keçiriləcək.

Press.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə “Qanun və ədalət” müxalifət partiyasının rəhbəri, millət vəkili Tako Çarkviani bildirib.

Aksiya Çarkviani tərəfindən yaradılmış “Xalq hərəkatı” tərəfindən keçiriləcək. Artıq Saakaşvilnini azad olunması ilə bağlı imzatoplama kampaniyası başladılıb.

Çarkvianinin sözlərinə görə, etiraz aksiyası hökumətə xəbərdarlıq xarakteri daşıyacaq. Daha sonra etirazçılar növbədənkənar seçkilərin keçirilməsini tələb edəcəklər.

O bildirib ki, növbəti aksiya 14 oktyabra planlaşdırılır.

Oxşar xəbərlər
OTACI