Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BNA-nın sentyabr fəaliyyətinin icmalı - VİDEO

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Vətəndaşların rahatlığı, onlara keyfiyyətli, müasir tələblərə uyğun və qabaqcıl təcrübəni özündə əks etdirən nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tədbirlər davam etdirilib. Vətəndaş məmnuniyyətini təmin etmək üçün ötən ay Bakı Nəqliyyat Agentliyi fəaliyyət istiqamətləri-sərnişindaşıma, yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu sahəsində bir sıra layihələrin icrasını təmin edib". 

Press.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sentyabr ayı fəaliyyətinin qısa icmalında deyilir. Məlumatda bildirilir: 

Sərnişindaşımaların təşkili və tənzimlənməsi üzrə 

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşımalara tələbatın artmasını nəzərə alaraq daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüş çərçivəsində şirkət rəhbərləri dinlənilib və onlara müvafiq tapşırıqlar verilib.

Hesabat dövründə müntəzəm marşrut xətləri üzrə avtobuslarla 33.6 milyon səyahət qeydə alınıb. Ötən ay 1 marşrut xəttinin hərəkət sxemi təkmilləşdirilməklə 2500 vətəndaşın marşrut xəttinə əlçatanlığı təmin edilib. 1 yeni qəsəbədaxili marşrut xətti təşkil edilməklə isə gündəlik orta hesabla 3000-ə yaxın sərnişinin gediş-gəlişi yaxşılaşdırılıb. Nağdsız ödəniş sisteminə inteqrasiya prosesi çərçivəsində sentyabrda daha 4 marşrut xətti "BakıKart”-a qoşulub. 

Müntəzəm sərnişindaşımalarla yanaşı ötən ay Bakıda təşkil edilən 2 futbol oyunu üzrə ekspress xətlər təşkil edilib. Bu xətlərlə ümumilikdə 6000-ə yaxın azarkeşin daşınması təmin edilib. 

Yola saldığımız ayda uzun müddətdir haqqında danışılan "BakıKart”-ın balansının internet üzrəindən artırılması platforması istifadəyə verilib. 

Yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu üzrə

Sentyabrda 25 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyi ilə bağlı işlər görülüb. əsasən ətraf kənd və qəsəbələri əhatə etməklə 9 küçə və prospektdə sürət həddi optimallaşdırılıb. 

Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi bu ay da diqqətdə saxlanılıb. Bu çərçivədə bir məntəqədə düyməli piyada svetoforu, 11 məntəqədə svetoforlara səs siqnalları, 13 məntəqədə isə svetforolara piyada seksiyası quraşdırılıb. 16 küçədə piyada keçidləri yenilənib, 4 piyada keçidində "Sarı döyünən işıq”, 8 ünvanda isə eyni səviyyəli piyada keçidi təşkil edilib. 

4 təhsil müəssisəsinin ətrafında görülən tədbirlər sayəsində 7000-ə yaxın şagirdin, 400-ə yaxın pedoqoji kollektivin və digər piyadaların hərəkət təhlükəsizliyi artırılıb. 

Nəqliyyat axının düzgün tənzimlənməsi məqsədilə 76 küçə və prospektdə 414 yol nişanı quraşdırlıb. Bu da yol nişanı üzrə illik hədəfin 64 %-i quraşdırılmış hesab edilir. 

Sentyabrda şəhər nəqliyyatında bir ilk də baş tutub. Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Avropa Mobillik Həftəsi" keçirilib. Kampaniyanın devizi "Təhlükəsiz və Sağlam Dayanıqlı Mobillik" olub. Həftə ərzində "Nəqliyyat könüllüləri”  "Gənclər hərəkətdə” adlı görüş, 4 maarifləndirmə tədbiri, 1 sorğu və "Velosiped sür. Sağlam ol” şüarı ilə veloyürüş keçirilib.

 

Oxşar xəbərlər
OTACI