Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Üçüncü dünya müharibəsi bu yerlərdən başlaya bilər - “The Sun” açıqladı

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Amerikanın "The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkib.

Press.az xəbər verir ki, xəritə qəzetin saytında yerləşdirilib.

Müəlliflərin fikrincə, qlobal hərbi toqquşma Tayvan adasında (Çin iddia edir), Kəşmirdə (Hindistan və Pakistan arasındakı mübahisəli bölgə), Hörmüz Boğazı (İran və Birləşmiş Ərəb Əmirliklərinin sularında yerləşir) və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.

Bundan başqa, müəlliflər üçüncü dünya müharibəsinin Türkiyə və Suriya arasında qarşıdurmalardan, həmçinin İran və İsrail arasındakı nüvə müharibəsi ilə başlaya biləcəyini ehtimal edirlər. Ancaq "The Sun” ABŞ və Çin arasında qlobal qarşıdurmaya çevriləcək Tayvan uğrunda müharibəni ən çox ehtimal olunan ssenari hesab edir.

Xatırladaq ki, sentyabrın 10-da Çin lideri Si Cinpin bildirib ki, Çinlə ABŞ arasındakı əməkdaşlıq bütün dünyaya fayda verəcək və dövlətlər arasındakı müharibə isə bütün Yer planetini təhlükəyə atacaq.  Onun sözlərinə görə, ölkələr arasındakı mövcud münaqişə vəziyyətinin səbəbi ABŞ-ın Çinə qarşı siyasətidir.

Oxşar xəbərlər
OTACI