Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı məktəblərində bit yayılması iddiaları ilə bağlı - Nazirlikdən AÇIQLAMA

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bəzi Bakı məktəblərində bit yayılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Press.az xəbər verir ki, bu barədə musavat.com-a da danışan valideynlər bildiriblər ki, uşaqları məktəbə gedəndən sonra başlarına bit düşüb.

Şikayətçi valideynlər bildiriblər ki, əvvəllər məktəblərdə uşaqların hər həftə saçları, dırnaqları, hətta dişləri də yoxlanardı, müalicə olunardı. Belə bir yoxlama həyata keçirilmir.

Bu barədə Təhsil Nazirliyindən bildirilib ki, hazırda pandemiya şəraiti ilə əlaqədar ümumtəhsil məktəblərində bütün sanitar-epidemioloji qaydaların yerinə yetirilməsinə əvvəlki dövrlərlə müqayisədə daha çox nəzarət olunur: “Belə ki, məktəb binalarının, otaqların, sanitar qovşaqlarının və s. müvafiq dezinfeksiyaedici məhlullardan istifadə etməklə müntəzəm təmizlənməsi təmin olunur. Eləcə də şagird kontingentinin əllərinin təmizliyi ilə bağlı xüsusi nəzarət var, əllərin dezinfeksiyaedici məhlullarla və su ilə təmizlənməsi üçün bütün təminati tədbirlər görülür. Tədris ili başlayandan indiyədək məktəblilər arasında bitin olması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

Oxşar xəbərlər
OTACI