First slide

Sarksiyanın Baden-Baden səfəri ilə bağlı materiallar istintaqa göndərildi

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın Baş Prokurorluğuna üçüncü prezident Serj Sarkisyanın Baden-Baden səfəri ilə bağlı cinayət haqqında məlumat daxil olub.

Press.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

“Məlumat Cinayət Prosessual Məcəlləsinin 180-181-ci maddələrində müəyyən edilmiş qaydada materialların hazırlanması təlimatı ilə Xüsusi İstintaq Xidmətinə göndərilib”, - deyə qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Prokurorluğu Sarkisyanın Baden-Baden səfəri haqda KİV-də yayılmış məlumatları araşdırılması üçün cinayət polisinə göndərib. Ancaq indiyədək həmin materialalrla bağlı polisdən hər hansı cavab alınmayıb.

Xatırladaq ki, parlamentin 25 avqust iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan əvvəlki hökumət dövründə korrupsiyaya işarə edərək Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra Sarksiyan Sukiasyanla bağlı məhkəməyə müraciət edib.

2021-ci il növbədənkənar seçkilərə qədər Sarkisyan Baden-Baden səfərini inkar etmirdi. Ancaq kazinoların olduğu küçələrdən belə keçmədiyini bildirirdi.

Oxşar xəbərlər
OTACI
OTACI