Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO)

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazın Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib.

Bu məqsədlə keçirilən mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

Çıxışlarda Vətən müharibəsində qazanılan parlaq qələbədən, bu qələbədə pay sahibi olan Qürbət Tarıverdiyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Daha sonra Nərəcan kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunaraq xatirəsi anılıb, ruhuna dualar oxunub.

Qürbət Tarverdiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq hərbi qulluqçu kimi xidmət göstərirdi. 22 yaşlı kəşfiyyatçı Xocavənd və Füzuli döyüşlərində iştirak edib. Oktyabrın 5-i Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalan qəhrəman ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO) - Gallery Image

Xaçmazda şəhid Qürbət Tarverdiyevin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib (FOTO) - Gallery Thumbnail

trend

Oxşar xəbərlər
OTACI