Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Virusların ölkəyə daxil olmaması üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir - AQTA (FOTO)

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilk dəfə 2014-cü ilin oktyabr-noyabr aylarında İsrailin cənubunda altı pomidor sahəsində aşkarlanıb. 2018-ci ilin yayından Almaniya, İtaliya, İspaniya, Fransa kimi bir sıra Avropa ölkələrində yayıldığı haqqında məlumatlar verilib.

AQTA-dan Trend-ə bildirilib ki, pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən Badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdə rast gəlinir. Bu virus birbaşa və dolayı yolla yayılır. Birbaşa yayılma yolu toxum, torpaq, alaq otları vasitəsilə yayılmadır. İkincili yayılma yolları isə əkin sahəsində istifadə edilən alətlər, işçilərin əli, paltarları və tozlandırıcı həşəratlardır. Virus əkin və səpin materialı ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.

Hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həddə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətlərini gözlə görməklə təyin etmək mümkün olmadığına görə idxal zamanı bütün pomidor və bibər toxumları laboratoriyada molekulyar səviyyədə yoxlanılır. Yoluxmuş bitkilər məhv edildikdən sonra ardıcıl sanitariya tədbirləri həyata keçirilir. Substratlar və ya qida mühiti, qoruyucu geyimlər, alətlər və qabların virusun yayıldığı istehsal sahələrindən sağlam bitkilər olan ərazilərə aparılmaması, antivirus təsirli dezinfeksiyaedicilərlə əllərin, qabların, alətlərin və avadanlıqların dezinfeksiyası, istixananın girişinə dezinfeksiyaedici döşəklərin qoyulması, istehsal müəssisəsinin ərazisinin su və yuyucu vasitələrlə təmizlənməsi tələb olunur. Virusla yoluxmuş sahələrdə ən azı bir il müddətinə əkin aparılmır.

Virusların ölkəyə daxil olmaması üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir - AQTA (FOTO) - Gallery Image

Virusların ölkəyə daxil olmaması üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir - AQTA (FOTO) - Gallery Image

Virusların ölkəyə daxil olmaması üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir - AQTA (FOTO) - Gallery Thumbnail

Virusların ölkəyə daxil olmaması üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir - AQTA (FOTO) - Gallery Thumbnail

Oxşar xəbərlər
OTACI