Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Hərə bir qəhrəman oldu” adlı tədbir keçirilib

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə Bakı Konqres Mərkəzində “Hərə bir qəhrəman oldu” adlı tədbir həyata keçirib.

Press.az xəbər verir ki, tədbir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar təşkil olunub.

Bərabərlərin dəstəyi xarakteri daşıyan tədbir I Qarabağ müharibəsi şəhidlərinin müxtəlif sahələrdə uğur qazanmış övladlarının II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları ilə görüşünü təşkil etmək, onlara mənəvi dəstək olmaları məqsədi daşıyıb.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, DOST Agentliyinin sədri Fərid Məmmədov, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və digər rəsmilər iştirak ediblər.

Sonra I Qarabağ müharibəsi şəhidlərinin övladları II Qarabağ müharibəsi şəhidlərinin yeniyetmə övladları qarşısında çıxış edərək, onlara öz uğur hekayələri barədə danışıblar.

Layihənin sonrakı mərhələsində Vətən müharibəsi şəhidlərinin övladları üçün təlimlərin təşkili, onlara peşə və karyera seçimlərində istiqamət verilməsi istiqamətində işlər həyata keçiriləcək.

Oxşar xəbərlər
OTACI