First slide

Azad Rəhimovun xatirə turnirinə start verilib

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, məktəblilər arasında təşkil edilən turnirin açılışından əvvəl qurumun rəhbərliyi və kollektivi, eləcə də tədbir iştirakçıları II Fəxri Xiyabanda Azad Rəhimovun məzarını ziyarət ediblər.

Məzar önünə nazirlik adından əklil və gül dəstələri qoyulub. 132-134 saylı Təhsil Kompleksinin akt zalındakı açılış mərasimində əvvəlcə A.Rəhimov haqqında hazırlanmış qısa metrajlı film nümayiş olunub. Sonra kompleksin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Kompleksinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova çıxış ediblər.

Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start götürüb.

Rəsmi hissədən sonra vaxtilə təhsil aldığı bu məktəbdə A.Rəhimov üçün yaradılmış xatirə güşəsinə baxış keçirilib.

Qeyd edək ki, bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

Oxşar xəbərlər
OTACI
OTACI