First slide

Vahid əlaqələndirmə mərkəzləri üzrə Komissiyanın iclası keçirilib

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid ailələri üzvlərinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi üçün yaradılmış Əlaqələndirmə Komissiyasının iclası keçirilib.

Press.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrlik etdiyi Komissiyada vahid əlaqələndirmə mərkəzlərində 26 istiqamətdə xidmət göstərən 19 dövlət orqanı (6 mərkəzi icra hakimiyyəti, 13 yerli icra hakimiyyəti orqanı) təmsil olunur.

S.Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsindən sonra şəhid ailələrinin və qazilərin geniş sosial dəstək proqramı ilə əhatə olunduqlarını vurğulayıb.

Dövlət başçısının 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasının şəhid ailələri və qazilərə yüksək diqqət və qayğının daha bir təzahürü olduğunu vurğulayıb. Vahid əlaqələndirmə mərkəzlərində bu kateqoriyadan olan vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s. üzrə xidmətlərin vahid məkandan, operativ, şəffaf, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilməsinin mühüm dəstək tədbirlərindən biri olduğunu bildirib.

İclasda vahid əlaqələndirmə mərkəzlərinin yaradılması işlərinə və bu mərkəzlərdə müraciətlərin qəbulu, həmin müraciətlərdə əksini tapan məsələlərin aidiyyəti qurumlarla birgə əlaqəli şəkildə operativ həlli istiqamətində aparılan işlərə dair təqdimat edilib.

Qeyd olunub ki, vahid əlaqələndirmə mərkəzlərində xidmətlər göstərəcək qurumların rəhbər şəxslərinə həmin mərkəzlər barədə təqdimatlar edilməklə, onlara ətraflı məlumatlar verilib. Nazirlik tərəfindən bu mərkəzlərdə dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə pasportlar hazırlanaraq, aidiyyəti üzrə razılaşdırılıb. Vahid əlaqələndirmə mərkəzlərində təmsil olunan dövlət qurumlarının əməkdaşları DOST Agentliyində təlimlərə cəlb olunub, DOST mərkəzlərində onların xidmətlər göstərmələri üçün zəruri şərait yaradılıb. Xidmətlər bir-biri ilə qarşılıqlı əlaqədə, informasiya texnologiyalarından geniş istifadə edilməklə həyata keçirilir. Xidmət göstərən qurumların elektron informasiya sistemləri arasında əlaqələndirmə də təmin edilib.

DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində indiyədək Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1461 nəfər (o cümlədən “142 - Çağrı mərkəzi” vasitəsilə 155 müraciət) qəbul edilib.

İclasda ölkəmizin regionlarında da vahid əlaqələndirmə mərkəzlərinin qurulması işlərinin aparıldığı diqqətə çatdırılıb. Qeyd edilən mərkəzlərdə göstərilən xidmətlərlə bağlı qurumların fəaliyyətinin əlaqələndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Oxşar xəbərlər
OTACI
OTACI