Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdən küçədəki ayı balaları ilə bağlı AÇIQLAMA

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən rayonunun Mahamalar kəndindən keçən yolda bu gün səhər saatlarında 2 bala ayının görünməsi ilə bağlı yayılan videogörüntülərə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova da münasibət bildirib. 

Xidmət rəsmisinin verdiyi məlumata görə, bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerində müşahidə olunur:

“Qeyd edim ki, videogörüntülərdəki heyvanlar bala ayılardır. Ehtimal olunur ki, balalar kəndə yaxın meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsüm olduğu üçün və ayılar da meyvələrlə qidalandığına görə, qida axtarışında olduqları güman edilir.

Belə olan halda bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək olmaz. Çünki bu zaman heyvanlar aqressivləşə və stresə düşə bilər. Müdaxilə olunmadığı halda isə onlar ərazini sakit şəkildə tərk edəcəklər. Bu baxımdan insanlardan xahiş edirik ki, vəhşi heyvanların olduğu əraziyə yaxınlaşmasınlar, daha duyarlı və həssas davransınlar”.

Oxşar xəbərlər
OTACI