Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan üzərindən ilk uçuşu həyata keçirən pilot və bələdçi danışdı - VİDEO

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İki gün öncə Ermənistan hava məkanından istifadə etməklə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirən pilot və bələdçi təəssüratlarını bölüşüb.

Pilot Ramil Yusifov deyir ki, uçuş səhər saat 08:00-da reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 09:00-da, yəni 10 dəqiqə daha tez çatıblar.

Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirib. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.

Həmin gün təyyarədə olan beş bələdçidən biri də Leyla Rzayeva olub. O deyir ki, həmin gün işə gələn zaman məsələdən xəbərsiz olub.

Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.

Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə iki uğurlu reys reallaşdırıb.

Xəzər xəbər

Oxşar xəbərlər
OTACI