Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AQTA Goranboyda marketdə yararlılıq müddəti bitən məhsullar aşkar edib

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirib.

AQTA-dan Press.az-a verilən məlumata görə, yoxlama zamanı marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib.

Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Oxşar xəbərlər
OTACI