Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə şəkərli qənnadı məmulatları istehsalı müəssisəsi bağlanıb

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 87 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Ruhiyyə Calal qızına məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirib.

AQTA-dan Press.az-a verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Yoxlama zamanı qəndin ağardılmasında qida sahəsində istifadəsi nəzərdə tutulmayan, kəskin qoxuya malik mənşəyi məlum olmayan ağardıcı maddədən istifadə edildiyi, satış nöqtələrindən geri qaytarılmış, yararlılıq müddəti bitmiş marmelad məhsulunun yenidən əridilərək emal olunduğu, məhsulların etiketlənməsi zamanı istehsal tarixinin dəyişdirildiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır.

Oxşar xəbərlər
OTACI