Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-ın Energetika Nazirliyinin bəyanatından sonra neft bahalaşıb

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Energetika Nazirliyinin bəyanatından sonra dünya bazarlarında neft %-dən çox bahalaşıb.

 “Prime” agentliyi xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin dekabr fyuçersləri 1,12 % bahalaşaraq, 1 bareli 82,87 ABŞ dollarına satılıb. "WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 1,28 % artaraq, 1 bareli 79,31 ABŞ dolları təşkil edib.

Analitiklərin sözlərinə görə, qiymət artımına səbəb ABŞ-ın Energetika Nazirliyinin ölkənin strateji neft ehtiyatlarından istifadə etməyə hazır olmadıqları ilə bağlı bəyanatı səbəb olub.

Hazırda neft treyderləri “Baker Huges” şirkətinin həftə ərzində ABŞ-da işlək neft buruqlarının sayı ilə bağlı açıqlayacağı statistikanı gözləyirlər.

Oxşar xəbərlər
OTACI