Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda orta məktəbin binası uçub - VİDEO

08 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdənin Mehdili kəndindəki qəzalı vəziyyətdə olan məktəb binası uçub.

Press.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, bina uçan zaman məktəblilər böyük həyəcan yaşayıblar.

Məktəbdə dərslər dayandırılıb.

Sakinlər bildirirlər ki, məktəb binası 3 gündür hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

Binanın uçması zamanı məktəblilər böyük həyəcan yaşayıblar.

Kənd məktəbi uçduqdan sonra aidiyyəti qurumlar əraziyə baxış keçiriblər. Məktəbdə dərslər dayandırılıb.

Məsələ ilə bağlı Bərdə Rayon Təhsil Şöbəsindən bildirilib ki, 200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq. Şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.

Valideynlər isə yaxşı şəraiti olan məktəb istəyirlər.

Oxşar xəbərlər
OTACI