Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saakaşvilinin tərəfdarları Tbilisidə aksiyaya hazırlaşır

07 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın “Vahid Milli Hərəkat” müxalif partiyası həbsdə olan sabiq prezident Mixail Saakaşviliyə dəstək məqsədilə və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya keçirəcək.

Press.az xəbər verir ki,  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə partiyanın üzvü Levan Xabeişvili partiyanın Siyasi Şurasının iclasından sonra deyib.

“Yaxın günlərdə Tbilisidə genişmiqyaslı aksiya olacaq. Ölkə daxilində vətəndaşlarımızı iki əsas tələb ətrafında səfərbər etməyə başlayırıq: Mixail Saakaşvilinin azad edilməsi və növbədənkənar seçkilərin keçirilməsi. Biz ikinci turda qələbə uğrunda mübarizə aparacağıq”, - deyə Xabieşvili bildirib.

Oxşar xəbərlər
OTACI