Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ əhalisinin 67%-i tam peyvəndləndi

07 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-da son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 108 587 artaraq 44 milyon 61 min 36 nəfərə çatıb.

Press.az xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin açıqladığı son məlumatda qeyd olunub.

Virusa yoluxan daha 2416 nəfər vəfat edib. Bununla da ümumi vəfat sayı 707 799-a çatıb.

Yoluxanların sayına görə öndə gedən ştatlar Kaliforniya, Texas və Floridadır.

ABŞ-da Covid-19 peyvəndi statistikasını izləyən Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin məlumatlarına görə, yetkin əhalinin 77,9 faizinə ən az bir doza, 67%-dən çoxuna iki dozada vaksin vurulub.

Oxşar xəbərlər
OTACI