Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallı Rayon İcra Hakimiyyətində kadr təyinatı olub

07 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallı Rayon İcra Hakimiyyətində (RİH) kadr təyinatı olub.

Press.az-ın məlumatına görə, icra başçısının müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov icra aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Afəddin Kərimov 1982-ci ildə Masallı rayonu Əminli kəndində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb. 2005-2012-ci illərdə Masallı rayonu Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrində çalışıb, 2012-2017-ci illərdə Masallı Rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışıb.

Oxşar xəbərlər
OTACI