Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğurluq etdi, günahı şeytanın üstünə atdı - VİDEO

28 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 

Bir ay əvvəl vətəndaşın evindən oğurluq edən qadın saxlanıb. O, ifadəsində şeytana aldandığını bildirib. 

Press.az xəbər verir ki, əməliyyatı  İsmayıllı polisi keçirib. 

Rayonun Qurbanəfəndi kənd sakini Şöhrət Ələsgərov polis şöbəsinə müraciət edərək bildirib ki, 28 avqust 2021-ci il tarixdə yaşadığı evdən 2000 manat pul və 2242 manat məbləğində qızıl-zinət əşyaları oğurlanıb. 

Şübhəli şəxs kimi saxlanılan 1996-cı il təvəllüdlü Yevlax şəhər sakini Sahibə Mahmudova əməlini etiraf edib. 

Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş qadının cinayət işinin istintaqı davam etdirilir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxşar xəbərlər
OTACI