Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bank kartları sahiblərinə xəbərdarlıq EDİLDİ

28 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində ictimaiyyətin, o cümlədən kart istifadəçilərinin mütəmadi əsasda məlumatlandırılması aparılmaqdadır. 

Press.az xəbər verir ki, bu sözlər Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumatda əksini tapıb. 

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlərə baxmayaraq, rəqəmsal ödənişlərin inkişafı və xüsusən də elektron ticarət əməliyyatları üzrə dövriyyənin artması fonunda yeni fırıldaqçılıq hallarının yaranması müşahidə olunmaqdadır. 

Belə ki, fırıldaqçılar tərəfindən banklar, bəzi hallarda Azərbaycan Banklar Assosiasiyası (ABA) adından vətəndaşlara zənglər edilərək, ödəniş kartı məlumatları istənilir. 

"Nəzərinizə çatdırırıq ki, bank və ABA adından telefon zəngləri və ya digər formada ödəniş kartı məlumatlarının təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız təqdirdə kart məlumatlarınızı təqdim etməməyiniz və dərhal bankınızla əlaqə saxlamağınız tövsiyə olunur”, - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
OTACI