Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fərat Qalxanı”nda terror aktı törədilib, ölən və yaralananlar var

28 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PKK/YPG terror təşkilatı Türkiyə ordusunun “Fərat Qalxanı” bölgəsində terror aktı törədib.

Press.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, iki ayrı yerdə törədilən partlayışda 2 Suriya vətəndaşı ölüb, 19-u yaralanıb.

“PKK/YPG və dəstəkçiləri unutmamalıdır ki, regionun təhlükəsizliyi və sabitliyi üçün bütün terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcək və terror yuvalarını dağıtmağa davam edəcəyik” - deyə MN-nin açıqlamasında qeyd olunub.

Oxşar xəbərlər
OTACI