Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AMEA-nın işçisinə 13-cü imam “sertifikat”ı verildi

28 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilib.

Press.az "Oxu.az"a istinadən xəbər verir ki, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

Məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinin vəkili Aqil Layıc açıqlamasında bildirib ki, “sertifikat” verən şəxslərin kimliyi bəllidir.

“Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”.

Oxşar xəbərlər
OTACI