Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Arvadını öldürmək istəyən şəxsə hökm oxundu

27 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda arvadını öldürməyə cəhddə təqsirləndirilən Rasim Məsimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Press.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Z.Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri R.Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Z.Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Daha sonra R.Məsimovun tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

(Report)

Oxşar xəbərlər
OTACI