First slide

Gürcüstanda dövlət bayraqları endirildi

27 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.

Press.az yerli KİV-ə istinadla xəbər verir ki, Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirilib.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-ci il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişədə 12 mindən çox insan həlak olub, 300 min nəfər, əsasən də etnik gürcülər qaçqın və məcburi köçkünə çevrilib.

Oxşar xəbərlər
OTACI
OTACI