First slide

Qarabağda nə baş verir: ermənilər geri çəkilir?

26 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qarabağdakı separatçı-terrorçuların keçmiş Ağdərə rayonu istiqamətində (Suqovuşan,Şıxarx, Göyarx) mövqelərindən çıxarıldığı, həmin mövqelərə rus sülhməramlılarının yerləşdiyi xəbərləri yayılıb:

Erməni mənbələr bu informasiyaları təkzib edir, separatçıların qondarma "daxili işlər naziri” Unan Tadevosyan "partlayış səslərinin partlamamış sursatların və minaların təmizlənməsi nəticəsində eşidildiyini” iddia edir.

Hərçənd, Azərbaycan tərəfindən informasiyanı yayanların hərbi mənbələrlə işləyən şəxslər olması bölgədə dəyişikliklərin baş verdiyi fikrini gücləndirir.

- Keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil veriləcəyini əks etdirən xəritə yayılıb:

Xəritədə mənbə RBK göstərilsə də, bu media orqanının saytında və sosial şəbəkə resurslarında belə informasiyaya rast gəlmək olmur, lakin son baş verənlər fonunda belə bir xəritənin dövriyyəyə buraxılması da diqqət çəkir.

Qarabağda rus sülhməramlılarının komandanı dəyişdirildi: Kosobokovun əsəb yaradan fəaliyyəti cəmi iki həftə çəkdi və onun Bakının tələbi ilə dəyişdirildiyi ehtimalı güclüdür; komandanlığın dəyişməsi ilə rus sülhməramlılarının xəritəsində dəyişikliyin (qondarma "dqr”-in "keçmiş əraziləri”ni əks etdirən xətlər ləğv olundu) edilməsi diqqət çəkdi.

Geosiyasi proseslər bölgəyə təsir edəcək istiqamətdə dəyişi: Ərdoğanla Putinin Soçi görüşünə hazırlığı, görüşdən öncə Ərdoğanın Putinə müsbət mesajları, Əliyevin Rusiya mediasına Moskvaya müəyyən siqnallar ötürməsi və s.

Prezident İlham Əliyev sentyabrın 27-də - Vətən müharibəsinin Anım günündə xalqa müraciət edəcək: bu müraciət müəyyən gözləntilər yaradır.

Bütün bunların fonunda erməni mənbələrin iki gün öncə Qarabağdakı qanunsuz erməni silahlı dəstələri arasında qarışıqlığın yaşandığı haqda xəbərləri maraqlıdır.

Oxşar xəbərlər
OTACI
OTACI