Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çilidə Venesuela qaçqınlarının çadırları yandırılıb - VİDEO

26 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çilidə Venesueladan qaçaraq bu ölkəyə sığınmış qaçqınların yaşadığı çadırlara od vurulub. Yanğın qaçqınların şəxsi əşyalarını da külə döndərib.

Press.az xəbər verir ki, yerli sakinlər minlərlə şəxsin qonşu ölkədən gələrək Çili hökumətindən yaşayış və iş yerləri tələb etməsinə etiraz əlaməti olaraq bu addımı atıb.

Etirazçıların sözlərinə görə, Çilidə sosial iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Ölkə vətəndaşları özləri iş tapmaqda çətinlik çəkir.

Çilinin hüquq-mühafizə orqanları isə qaçqınların ölkəyə gəlməsindən sonra cinayətkarlığın artmasını qeyd edirlər.

//Oxu.az

 

Oxşar xəbərlər
OTACI