Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Turkovac” hansı vaksinlə eyni təsiri göstərir? - Açıqlama

26 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacettepe Universitetinin Tibb fakültəsinin Yoluxucu xəstəliklər üzrə professoru Murad Akova hazırlıq mərhələsində olan yerli “Turkovac” peyvəndi ilə bağlı açıqlamalar verib.

Press.az Türkiyə mediasına istinadən məlumatına görə, Akova “Turkovac”ın indiyədək hər hansı yan təsiri ilə rastlaşmadıqlarını bildirib. O, “Turkovac”ı “Sinovac”la müqayisə edərək hər ikisinin ekvivalentlərinin eyni olduğunu qeyd edib:

 “Turkovac” “Sinovac”la eyni üsulla hazırlanır. “Turkovac” da inaktiv peyvənddir. İnaktiv vaksinlər başlanğıcda daha az antikor istehsal edirlər. Adətən bu vaksinlərin təsiri daha az müddətli olur, qoruyuculuğu isə itmir. “Sinovac”da olduğu kimi, ikinci dozadan 3-4 ay sonra qandakı antikor azalır və yeni dozaya ehtiyac yaranır. Əgər “Turkovac”ın “Sinovac”la eyni təsir gücünə malik olduğu və hətta ondan daha az effektiv olmadığı sübut edilərsə, bu zaman yerli vaksin təsdiqlənəcək və daha sonra istehsal mərhələsinə keçiləcək”.

Oxşar xəbərlər
OTACI