First slide

Rusiyalı alim: "Koronavirusun “mü” ştamı "delta" qədər təhlükəli deyil"

26 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Koronavirusun “mü” ştamı "delta" ştamı qədər təhlükəli deyil, onun yoluxma arealı da geniş olmayacaq".

"Report" xəbər verir ki, bunu bunu biologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyası Tibbi Genomika Araşdırma Mərkəzinin baş elmi işçisi Ança Baranova deyib.

“Koronavirusun "mü" ştamı "delta"nın az olduğu və ya olmadığı ölkələrdə yayıla bilər", - Baranova qeyd edib.

Elmiş işçi "delta" ştamının güclü yoluxuculuğu səbəbindən dominant olaraq qaldığını vurğulayıb.

Qeyd edək ki, koronavirusun “mü” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.

Oxşar xəbərlər
OTACI
OTACI