Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlanıb

26 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 029 yeni yoluxma faktı qeydə alınıb, 2 680 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 480 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 451 727 nəfər müalicə olunaraq sağalıb, 6 457 nəfər vəfat edib, aktiv xəstə sayı 22 659 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 151, ötən müddət ərzində isə ümumilikdə 4 823 654 test aparılıb.

Oxşar xəbərlər
OTACI