Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Nazirlər Kabineti yanında Operativ Qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın birindən teatr, kinoteatr və konsert zalları açılacaq".

Press.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Amma burada müəyyən şərtlər var. Belə ki, pandemiya qaydalarına riayət etməliyik, yəni, zallar 50 faizdən çox doldurulmamalı, COVID pasportu ilə giriş və zalların dezinfeksiya edilməsi təmin olunmalıdır. Mədəniyyət Nazirliyi məsələyə ciddi nəzarət edəcək ki, bu qaydalara əməl olunsun. Nəticə etibarilə insanların virusa yolxumasina səbəb yaranmasın", - nazir bildirib.

Oxşar xəbərlər
OTACI