Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda kiçik sahibkarlıqla məşğul olacaq insanların sayı açıqlanıb

24 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrası üçün Dünya Bankı tərəfindən ayrılmış 100 milyon dollar məbləğindəki kreditin 6,72 milyon dolları (6,7 faizi) ilk bir il ərzində sərf edilib.

Press.az qurumun hesabatına istinadən xəbər verir ki, 17 avqust 2020-ci il tarixində qüvəyə minmiş layihə çərçivəsində ilk ödəniş oktyabrın 7-də həyata keçirilib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əvvəlcədən razılaşdırıldığı kimi, layihənin birinci komponenti mərhələli şəkildə xüsusi seçilmiş 29 rayonda həyata kieçirilməyə başlayıb. COVID-19 və İkinci Qarabağ müharibəsi ilə bağlı çətinliklərə baxmayaraq işgüzar təlimlər artıq başlayıb”.

Hesabatda koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən həmin təlimlərin onlayn formatda keçirildiyi bildirilir: “Hazırda onlayn formatda təlimlər 15 rayonda (əsasən Bakı, Gəncə, Sumqayıt), əyani formatda 27 rayonda, bəzi yerlərdə isə həm onlayn, həm də əyani keçirilir”.

2021-ci ilin sentyabr ayında 3 minədək, dekabr ayının əvvəlinə qədər isə 550-dən çox layihə iştirakçısının həmin təlimləri keçəcəyi qeyd olunur. Təlimlər zamanı kiçik sahibkarlıqla bağlı lazımi bilik və vərdişlərə yiyələnəcək iştirakçılar sonrakı iki ay ərzində zəruri aktivlərlə təchiz olunmaqla kiçik sahibkarlıqla məşğul olacaqlar.

Xatırladaq ki, bu layihənin məqsədi işsiz kimi qeydiyyatdan keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımlar alanlar, qadınlar, gənclər vs. həssas qruplar üçün qabaqcıl təcrübəyə əsaslanan fərdi məşğulluq proqramı icra etmək, kiçik sahibkarlığa rəvac verməkdir. 2020-2025-ci illəri əhatə edəcək layihədə adıçəkilən təbəqələrdən bütövlükdə 22 minədək işsizin iştirak edəcəyi gözlənilir.

Layihə çərçivəsində habelə Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarına təlim keçilməsini, ünvanlı sosial yardımdan fərdi məşğulluğs keçid strategiyasının hazırlanması da nəzərdə tutulur.

Oxşar xəbərlər
OTACI