Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Asiya İnkişaf Bankının Azərbaycanla bağlı PROQNOZLARI

22 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2021-ci ilin sonuna iqtisadi artım və inflyasiya səviyyəsi ilə bağlı proqnozunu açıqlayıb.

Press.az-ın məlumatına görə, bu bankın sentyabr ayında yenilənmiş “Asiyanın İnkişaf Perspektivləri - 2021” hesabatında öz əksini tapıb.

Belə ki, 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,2 faiz artacağı proqnozlaşdırıb. Proqnoz üzrə göstərici ADB-nin aprel ayında təsdiq etdiyi hesabata nəzərən 0,3 faiz bənd artırılaraq bir qədər də yaxşılaşdırılıb.

2022-ci ildə isə Azərbaycanda ÜDM-in 2,5 faiz atması gözlənilir və bu proqnoz ilin əvvəli ilə müqayisədə dəyişməyib.

İllik inflyasiya səviyyəsinin isə 2021-ci ilin sonuna 4,5 faiz olacağı müəyyən edilib. Bu göstərici ilin əvvəlindəki proqnozla müqayisədə 1 faiz bənd çoxdur.

2022-ci ildə isə inflyasiya səviyyəsinin 3 faiz olacağı proqnozlaşdırılıb. Bu göstərici aprel ayında təsdiq edilmiş hesabatdakı proqnoz ilə müqayisədə sabit saxlanılıb. 

Qeyd edək ki, 2021-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Müvafiq dövrdə istehlak qiymətləri indeksi isə ötən ilin eyni dövrü ilə müqayisədə 104,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,2 faiz təşkil edib.

Oxşar xəbərlər
OTACI