Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə azərbaycanlı sürücünün iştirakı ilə qəza olub

22 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Afyonkarahisar-Antalya avtomobil yolunun Dinar rayonu ərazisində Azərbaycan əsilli Qasımov İsgəndər Y.-nın idarə etdiyi 20 ZA 427 dövlət nömrə nişanlı yük maşınının törətdiyi qəza nəticəsində 4 nəfər yaralanıb.

Press.az xəbər verir ki, məlumatı “Yeniakit.com.tr” yayıb.

Bildirilib ki, Qasımov İsgəndər Y.-nın idarə etdiyi TIR nəzarətdən çıxaraq qarşı yola keçib, 1 traktor və 6 maşınla toqquşub.

Məlumata görə, yaralılardan 2-si hospitala yerləşdirilib, 2-si isə yüngül yaralandığından heç bir müalicəni qəbul etməyib. Qəzanın videosu yayılıb.

Hadisənin səbəbi məlum deyil.

Oxşar xəbərlər
OTACI