Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstanın XİN başçısı: “Ərdoğan Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyimizi çox müsbət qiymətləndirib”

22 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyini çox müsbət qiymətləndirib”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani baş nazir İrakli Qaribaşvili və Türkiyənin dövlət başçısı arasında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstanın tərəfdaşları ölkənin irəli sürdüyü təkliflər barədə yaxşı məlumatlıdırlar: “Biz Tbilisinin Cənubi Qafqazda dayanıqlı sülh üçün platformaya çevrilməsi, yeni təşəbbüs və layihələrimizlə bağlı türkiyəli tərəfdaşlarımızdan daha bir güclü dəstək aldıq”.

XİN başçısı qeyd edib ki, görüşdə həmçinin Gürcüstanın bölgədəki mühüm rolunun gələcək perspektivləri və ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

report

Oxşar xəbərlər
OTACI