Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çin COVAX proqramına 100 milyon dollar ianə edəcək

22 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çin Xalq Respublikası (ÇXR) COVAX proqramı çərçivəsində vaksinasiya prosesi üçün 100 milyon ABŞ dolları ianə edəcək.

 Bunu ÇXR Sədri Si Cinpin BMT Baş Assambleyasının 76-cı sessiyasında onlayn formatda çıxışı zamanı deyib. Si Cinpin COVAX-a maliyyə yardımından əlavə olaraq Çinin inkişaf etməkdə olan ölkələrə 100 milyon doza COVID-19 peyvəndi ianə edəcəyini də bildirib.

Dünyada COVID-19 virusuna qarşı əsas peyvənd istehsalçılarından olan Çinin lideri bəyan edib ki, Çin şirkətləri cari il ərzində müxtəlif ölkələrə 2 milyard doza COVID-19 peyvəndi təqdim edəcək.

Qeyd edək ki, Çin indiyədək təxminən 106 ölkə və 4 beynəlxalq təşkilata 1 milyard dozadan çox COVID-19 peyvəndi təqdim edib. Bunların əsas hissəsi kommersiya prinsipi əsasında satılıb, müəyyən hissəsi isə ianə kimi verilib.

Çin şirkətləri 2 milyard doza peyvənd öhdəliyini yerinə yetirməkdə qərarlıdır. Belə ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıb.

Bundan başqa, Çin şirkətləri bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb.

azərtac

Oxşar xəbərlər
OTACI