Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ov edən şəxslər cəzalandırılıb

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmaz rayonunda ov edən iki şəxs saxlanılıb.

Bu barədə Press.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı brakonyerlərə məxsus 90-OS-913 dövlət nömrə nişanlı "VAZ-21014" markalı avtomobilə keçirilən baxış zamanı vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə qaragöz və adı "Qırmızı kitab"a düşən Qafqaz şahini aşkar edilib.

“Araşdırma zamanı qanun pozucularının Bakı şəhəri sakinləri Orxan Qurbanov və Ayxan Həsənov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Baytar nəzarətindən sonra quşlar təbiətə buraxılıb", - B.Məhəmmədov bildirib.

Oxşar xəbərlər
OTACI