Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb

21 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olub.

Press.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.

Tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Oxşar xəbərlər
OTACI